Bakıda 32 yaşlı kişini döyən şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 15-də Əlyar Əsgərovun döyülərək xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Müvafiq ekspertizalar təyin olunub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə