İki yaşlı uşaq 9-cu mərtəbənin eyvanından yıxılaraq ölüb

Moskvanın cənub-qərbində uşaq yaşayış binasının pəncərəsindən yıxılaraq ölüb.

SİA Rusiya qaynaqlarına istinadən xəbər verir ki, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, faciə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb.

Deməli, ötən cümə axşamı, İzyumskaya küçəsindəki yaşayış binasının yaxınlığında hündürlükdən yıxılmağa uyğun xəsarət almış iki yaşlı uşağın meyiti tapılıb.

Sonradan uşağın 9-cu mərtəbədə yerləşən eyvanın pəncərəsindən yıxıldığı müəyyən edilib.

Cinayət işi çərçivəsində müstəntiqlər mərhumun valideynlərini və hadisənin şahidlərini dindirirlər.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Novosibirskdə yeddi yaşlı uşaq səkkizinci mərtəbədən yıxılaraq sağ qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə