Polisin xidməti avtomobilində alışma baş verib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, paytaxtın Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma baş verib.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə alışma matorxanada qısaqapanmadan baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB