Bakıda avtomobil qaçıran şəxs tapılıb

Bakıda avtomobil qaçıran şəxs tapılıb

İyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Priora” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. SİA bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə