ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

ABŞ-da atışma nəticəsində 4 nəfər ölüb

Aprelin 15-i şənbə günü axşam ABŞ-ın Alabama ştatında tətil zamanı atışma nəticəsində azı 4 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Hill” hüquq-mühafizə orqanlarına istinadən yazır.

Hadisə şahidlərinin dediyinə görə, atışma Dadevil şəhərindəki Mahogany Masterpiece Dance Studio rəqs studiyasında bir yeniyetmənin 16 yaşını qeyd edərkən baş verib.

Müstəntiqlərin fikrincə, atışmaya mübahisə səbəb olub. Qeyd olunur ki, axşam saatlarında bir neçə dəfə atəş açılıb, bundan sonra insanlar binadan qaçmağa başlayıb. Qurbanların ümumi sayının 20 nəfəri ötdüyü bildirilir. Şübhəli(lər) və ya motivləri haqqında məlumat hələlik səlahiyyətlilər tərəfindən açıqlanmayıb.

Bundan əvvəl ABŞ-ın Luisvil şəhərinin mərkəzində Old National Bankın filialında atışma baş verdiyi bildirilirdi. Hücum nəticəsində azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə