Paytaxtda gənc oğlanı avtomobil vurub

Paytaxtda gənc oğlanı avtomobil vurub

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb. SİA xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Umudov Xəyal Həsən oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə