Baş nazirin sabiq müavini vəfat edib

Baş nazirin sabiq müavini vəfat edib

Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib. SİA xəbər verir ki, sabiq müavin dünən dünyasını dəyişib.

Qeyd edək ki, Lerik rayonunun Kiravud kəndində anadan olan Əsgər Məmmədov 1986-1991-ci illərdə Goranboy, 1991-1992-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb, 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə