Balakəndə ev yanıb

Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə