3 avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda üç avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. SİA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki qəza nəticəsində "Opel", "Renault" və "Geely" maralı avtomobillər toqquşub.

Hadisə zamanı "Geely" markalı avtomobildə olan sürücü və sərnişin xəsarət alıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə