UNEC-in komandası “Enactus” dünya yarışında ölkəmizi təmsil edəcək

Bu il “Enactus Azərbaycan” milli yarışın qalibi olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası “Enactus” dünya yarışında ölkəmizi təmsil edəcək. UNEC-dən SİA-ya bildirilib ki, yarışma oktyabrın 30-dan noyabrın 2-dək Puerto-Rikoda keçiriləcək.

Xatırladaq ki, “Enactus” sahibkarlıq fəaliyyətinin gücü ilə inkişafa nail olmaq məqsədilə tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə