DİM: 20 nəfər TOEFL iBT imtahanı verib

DİM: 20 nəfər TOEFL iBT imtahanı verib

İyulun 30-da Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

Növbəti TOEFL iBT imtahanının avqustun 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə