Dərslər sentyabrın 1-dən başlansın... - TƏKLİF

Dərslər sentyabrın 1-dən başlansın... - TƏKLİF

“Cəmiyyət 1 sentyabrdan tədrisin başlanmasını tələb edir”. SİA xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, cəmiyyət 1 sentyabrda tədrisin başlanmasını tələb edir: “Mən də bu məsələni dəfələrlə səsləndirdim. Lakin inadla, israrla bu istiqamətdə addım atılmır. Mən başa düşə bilmirəm, bir qərar yanlış qəbul edilibsə, niyə düzəliş olunmasın? Kiminsə kefi və qərarı ilə qərar qəbul etmək insanları sıxıntıya salır”.

Kəmalə Təyyarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə