Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
DİM-dən SİA-ya verilən məlumata görə, imtahan 12 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
7 iyul saat 15:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.
Bu gündən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqi) bağlı diqqətli olsunlar.
Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-ın dünyada təsiri sürətlə azalır...
Dünya 19:49Qızıl daimi büdcə gəlirlərini tam əvəz edə bilməz...
İqtisadiyyat 19:06Leyla Əliyeva “Məhsul bayramı”nda iştirak edib
Sosial 18:32"Sabah" "Turan Tovuz"a qarşı
İdman 18:30Putin Rusiya şirkətlərinin fabriklərini Afrikaya köçürür..?
İqtisadiyyat 18:27Kremlin saxta danışıqları...
Dünya 18:05"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
İdman 17:12İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib
Siyasət 16:34Qlobal əməkdaşlıq strategiyası - ANALİZ
İqtisadiyyat 16:10Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
Sosial 14:52Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
İqtisadiyyat 14:51Qadın nə etməlidir ki, dəyərli olsun? - KÖŞƏ
Köşə yazıları 13:26Ukrayna Rusiyanın neft emalı zavodunu vurdu
Dünya 12:00Milli Məclisin növbəti plenar iclası keçirilir
Siyasət 11:03Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib
Hadisə 10:52Ötən gün 39 cinayətin açılması təmin olunub
Hadisə 10:49Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
Siyasət 10:47Biləcəridə hotelin fəaliyyəti dayandırılıb
Hadisə 10:14Bəzi yerlərdə intensiv yağış yağır
Hadisə 10:12Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
Siyasət 09:49"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
İqtisadiyyat 09:45Hüzr yerinə gedirlərmiş, yolda qəzaya düşdülər...
Hadisə 05:04Tiktoker 500 manat cərimələndi - təhqirə görə..
Sosial 03:05Bakının 2 rayonunda və Abşeronda işıq olmayacaq
Sosial 02:02Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 01:22Bakıda yük avtomobili qəza törədib
Sosial 00:03Hikmət Hacıyevdən Qarabağ müharibəsi ilə bağlı film paylaşımı
Siyasət 29 Oktyabr 23:22İrəvan yaxınlığında qazdoldurma məntəqəsi partlayıb
Dünya 29 Oktyabr 23:03İspaniyadakı qatar qəzasında ölü sayı artır - 74 nəfər oldu...
Dünya 29 Oktyabr 22:315 dövlət şirkəti ləğv olundu - QƏRAR
Sosial 29 Oktyabr 22:19Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 29 Oktyabr 22:02BMW sürücüsüz avtomobillərə bahis edir...
Texnologiya 29 Oktyabr 21:52Xoşbəxt olmağa kömək edəcək üç sual...
Sosial 29 Oktyabr 21:28Şerlok Holmısın əslində kim olduğu məlum oldu
Mədəniyyət 29 Oktyabr 21:06Rusiyada avtomobil oğurluğu qanuniləşdirilir..?
Dünya 29 Oktyabr 20:49Putin nə cəbhəni, nə də arxanı qıra bilmədi...
Dünya 29 Oktyabr 20:27“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?
Dünya 29 Oktyabr 20:05Mediasiya - mübahisələrin sülh yolu ilə həlli
Siyasət 29 Oktyabr 20:04Prezident İlham Əliyev Türkiyəyə niyə getmədi? - TƏHLİL
Siyasət 29 Oktyabr 19:59Könül Əliyeva Böyük Dəbilqə turnirində qızıl medal qazanıb
İdman 29 Oktyabr 19:55Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb...
Dünya 29 Oktyabr 19:48Tramp Braziliyadakı seçkiləri “böyük rüsvayçılıq” adlandırıb
Dünya 29 Oktyabr 19:34Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9019
+0,39%
-
GBP
2,2760
+0,51%
-
RUB
2,0923
-0,93%



