Dərslər sentyabrın 1-dən başlayacaq? - MÜTƏXƏSSİS AÇIQLADI

"Sentyabrın 1-dən dərslərin başlanılması mənə görə labüd deyil. Çünki o baxımdan ki, sentyabrın 1-də insanlar tətildə olur. Eyni zamanda artıq şagird və müəllimlər psixologiyalarında qəbul ediblər ki, dərslər sentyabrın 15-i başlanmalıdır və bir o qədər səmərə verməyəcək". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, dərslər 14 iyunda deyil, 31 mayda başa çatarsa, şagird və müəllimlər üçün daha əlverişli imkanlar yarana bilər: "Bildiyimiz kimi dərslərin başa çatmasına 2-3 həftə qalmış dərsin keyfiyyəti maraqlı olmur, davamiyyət də aşağı düşür. Dərslər 31 mayda bitərsə bu ən azı müəyyən qədər təhsilin keyfiyyətinə təsir etmiş olar və insanlar da normal istirahət edə bilər. Çünki istirahət etmədən heç bir iş uğurlu alınmır".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Dərslərin sentyabrın ayının 1-dən başlanılması istər Nazirlər Kabineti, istərsə də Təhsil Nazirliyi tərəfindən müzakirə olunmayan bir mövzudur. Artıq müəyyən olunub ki, dərslər 15 sentyabrda başlayıb 14 iyunda bitir.

1 sentyabr keçmiş SSR-yə daxil olan və Avropanın bir sıra ölkələrində bilik günü kimi qeyd olunur. Biz artıq SSRİ tərkibində deyilik və müstəqil dövlətik. Müstəqil dövlət olaraq da qərarlarımızı özümüz veririk!

Nəzərə alsaq ki, biz DİM tərəfindən keçirilən imtahanlar nəticəsində kolleclərə və universitetlərə qəbul olacaq şəxslərin qeydiyyat proseduru sentyabr ayının 10-na qədər uzanır. İmtahanları tezləşdirmək də olmur. Çünki imtahanlar kurikulum sistemi ilə keçirildiyi üçün cavabların açıqlanması bir qədər zaman alır. Bəlkə gələcəkdə imtahan prosesi sadələşdirilsə və müvafiq olaraq qərar verilsə o zaman dərslər sentyabr ayının 1-dən başlanıla bilər. Hal-hazırda isə labüd deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...