Deputat dərslərin sentyabrın 1-dən başlaması ilə bağlı məsələ qaldırıb

“Bu günlərdə dərslərin sentyabrın 1-də qaldırılması ilə bağlı məsələ qaldırmışıq. Avqustun 21-dən etibarən müəllimlərin 56 günlük məzuniyyəti bitir. Müəllimlər sentyabrın 15-nə kimi maaş alırlar”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan müəllimlərinə nə qədər yüksək maaş verilsə onlarən halal xoşlarıdır: “Çünki müəllimə yüksək maaş verən ölkə ən yaxşı inkişaf etmiş ölkələrdəndir. Amma onların maaşları sentyabrın 1-dən verilsə, daha yaxşı olar. Bizdə bu məsələni əsaslandırırlar ki, dərslər sentyabrın 15-dən başlanılmalıdır. Çünki havalar isti olur. Bu cür düşüncədə olan şəxsləri Afrikada nazir olmağa göndərsək həmin şəxslər Afrikada ümumiyyətlə təhsili qadağan edərlər ki, Afrikada havalar hər gün istidir. Sentyabrın 1-dən müəllim məktəbə gedir, guya 15-nə kimi hazırlıq görür və maaş alır. Bunun əvəzinə sentyabrın 1-dən dərs keçib, maaş alsa daha yaxşı olar”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə