UNEC-də yenilik: "İnformasiya təhlükəsizliyi" ixtisası ingilis dilində
UNEC-də bu ildən bakalavr səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasına azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də qəbul aparılacaq. SİA xəbər verir ki, tələbələr UNEC-in yeni tədris binasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.
UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB