Adam Sterlinq ADU-da mühazirə oxuyub

Adam Sterlinq ADU-da mühazirə oxuyub

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq tərəfindən "Amerikada immiqrantlar (mühacirlər): əsaslı dəyişiklik prosesi" adlı təqdimat keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təqdimatda universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri iştirak edirdi.


O, iştirakçılara ilk növbədə immiqrasiyanın tarixi haqqında məlumat verib. O, qeyd edib ki, Amerikada immiqrasiyanın tarixi 4 dövrə bölünür: koloniya dövrü, 19-cu əsrin ortaları, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlləri və 1965-ci ildən sonrakı dövr.


Müvəqqəti işlər vəkili sözlərinə onu da əlavə edib ki, Amerika Birləşmiş Ştatlarında irqi və etnik cəhətdən müxtəlif olan insanların sayı getdikcə artır. Sterlinq deyib: "İmmiqrantlar ilk əvvəllər ən çox İrlandiyadan gəlirdilər və əsasən Boston, Nyu-York və bu kimi geniş əhalisi olan şəhərlərdə məskunlaşırdılar. 18-ci və 19-cu əsrlərdə isə immiqrantlar Şərqi Avropadan gəlirdilər".


ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq təqdimat iştirakçılarının nəzərinə çatdırdı ki, immiqrantlar əvvəllər şimal-şərq və mərkəzi qərbdə məskunlaşırdılarsa, hal-hazırda isə əsasən cənubda və qərbdə məskunlaşmağa meyllidirlər.

Sonda ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq tələbələri maraqlandıran suallara cavab verdi və universitetdə olmağından məmnun olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə