Paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq

Paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsi yoxlanılacaq

Bakı Şəhər Təhsil İdarəsi paytaxt məktəblərində təhsil alan IV və V sinif şagirdlərinin bilik səviyyəsini yoxlamaq üçün mayın əvvəlində monitorinqlərə başlayır. SİA-nın xəbərinə görə, monitorinq üçün IV siniflərin seçilməsinin əsas səbəbi bu şagirdlərin təhsilin bir pilləsindən digərinə keçməsidir.


Qeyd edək ki, monitorinq aparılan V sinif şagirdlərinin bilik səviyyəsi ötən il qiymətləndirilmişdi. İndi bu şagirdlərin V sinifdəki müvəffəqiyyətləri yoxlanılacaq.


Monitorinqin nəticələri əsasında müvafiq təkliflər hazırlanacaq və həmin təkliflər həm zəif oxuyan uşaqların, həm də ən yaxşı oxuyan şagirdlərin istedadının inkişaf etdirilməsi  ilə bağlı olacaq.


Bu prosesin gələcəkdə əhatə dairəsinin genişləndirilməsi və  bütün sinifləri əhatə etməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə