"Bu il işə qəbulla bağlı 55 minədək müəllim elektron qeydiyyatdan keçərək müraciət edib"
Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sırasında təhsildə müəllim amili, müəllim peşəsinin cəmiyyətə nüfuzu məsələləri xüsusi önəm kəsb edir. Bu istiqamətdə çox yaxşı nəticələrimiz var. Müəllimlik peşəsinə üz tutanların sayında ilbəil artım müşahidə edirik. Bu il yay aylarında mərkəzləşdirilmiş qaydada işə qəbul kampaniyasında rekord sayda – 55 minədək insanın elektron qeydiyyatdan keçərək müraciət etməsinin şahidi olduq. Müraciətlərin sayı son beş ildə 4 dəfəyədək artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki 11 saylı tam orta məktəbin yeni binasının açılış mərasimində jurnalistlərə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrini təhlil edərkən məlum olub ki, imtahanlarda 500 baldan yuxarı nəticə göstərən hər 4 məzundan biri ixtisas seçərkən ilk sırada müəllimlik peşəsini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB