Qərbi Kaspi Universitetindən "Flex Azərbaycan" layihəsinin finalçıları üçün XÜSUSİ TƏQAÜD PROQRAMI

"Flex Azərbaycan" ABŞ dövlət departamentinin Təhsil və Mədəniyyət proqramları şöbəsi tərəfindən həyata keçirilən şagird mübadilə proqramıdır. Bu proqram çərçivəsində, məktəbdən məzun olan şagirdlər 1 il müddətinə ABŞ-da təhsil almaq imkanı əldə edirlər.

Nəzərinizə çatdıraq ki, Qərbi Kaspi Universiteti məhz bu layihənin finalçıları üçün xüsusi təqaüd proqramı həyata keçirir.

Təqaüdə 4 illik ödənişsiz təhsil, həmçinin qəbul imtahanı zamanı toplanmış ballardan asılı olaraq aylıq təqaüd daxildir.

Qərbi Kaspi Universitetində "Flex Azərbaycan" layihəsinin finalçıları üçün "Açıq Qapı" Günü təşkil olunub.

Şagirdlər universitetlə, onun laboratoriya və mərkəzləri ilə, eləcə də Texnoparkla tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə