Bakı Şəhər üzrə Təhsil İdarəsi ilə Kiyev şəhər Elm və Təhsil İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
Sabah Bakı Şəhər üzrə Təhsil İdarəsi ilə Kiyev şəhər Elm və Təhsil İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq. Bu barədə SİA-ya Kiyev şəhər Elm və Təhsil İdarəsinin sədri Vera Qorunivo məlumat verib. O bildirib ki, bu müqaviləyə bir çox məsələlər daxildir. Onun sözlərinə görə, müasir təhsil layihələri, məktəblilərin, müəllimlərin və məktəb rəhbərlərinin qarşılıqlı, həm Bakı, həm də Kiyevin əməkdaşlıq etdiyi bir çox ölkələrlə birgə layihələrin həyata keçirilməsi bu müqavilədə öz əksini tapacaq.
"Bundan əlavə, birlikdə konfranslar, yay məktəbləri təşkil edəcək və buraya dünyanın məşhur universitetlərindən Nobel mükafatçılarını dəvət edəcəyik. Son zamanlar texniki fənlərə maraq azalıb. Hər zaman deyirdik ki, bizə iqtisadçılar, hüquqşunaslar lazımdır. Amma bu gün başa düşürük ki, bizə yaxşı mühəndislər lazımdır, hansı ki, öz ölkəsinin həyatını dəyişə bilsinlər. Bundan əlavə, Kiyevdə yaşayan azərbaycanlıların kiçik məktəbini də bu layihələrə dəvət edəcəyik. Bu işlərə Kiyevdə başlayacağıq və zamanla bunlar Bakıda davam etdiriləcək", - deyə o əlavə edib.
Kiyev şəhər Elm və Təhsil İdarəsinin rəisi Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı məsələyə münasibət bildirib: "Ağıllı, təhsilli, bacarıqlı uşaqları olan ölkənin gələcəyi çox uğurludur. Çünki xarici dilləri bilməyən, İKT biliklərə yiyələnməyən, yaxşı təhsili olmayan insanların yaxşı mövqeyi heç kimə lazım olmayacaq. Ona görə də bu istiqamətdə Azərbaycan təhsilində bu istiqamətdə uğurlu addımlar atılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB