Paytaxt məktəblilərindən ibarət komandalar arasında badminton idman növü üzrə turnir keçirilib. Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 276 nömrəli məktəb-liseyin idman zalında təşkil olunub. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, turnirin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək, badminton idman növünə marağını artırmaq və onlar arasında fiziki aktivlik səviyyəsini yüksəltməkdən ibarətdir.
Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260, 286 və 251 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri tutub.
Qalib komandalar kubok, medal və diplomla təltif edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB