Təhsil Nazirliyi: “Dövlət tərəfindən maliyyələşən ixtisaslarda təhsil haqqları artırılmalıdır, yoxsa belə getsə...”

Təhsil Nazirliyi: “Dövlət tərəfindən maliyyələşən ixtisaslarda təhsil haqqları artırılmalıdır, yoxsa belə getsə...”
Ali təhsil müəssisələrində dövlət tərəfindən maliyyələşən ixtisaslarda təhsil haqqları artırılmalıdır. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili söbəsinin müdiri İlham Mustafayev məlumat verib. O bildirib ki, cari il dövlət ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilk addım olduğundan illik təhsil haqqını müəyyənləşdirərkən mövcud vəziyyəti nəzərə aldıq. Şöbə müdirinin sözlərinə görə, ancaq bu məbləğ kifayət deyil və gələcəkdə adambaşına maliyyələşmədə həcmə yenidən baxmaq lazımdır.

"Ayrılan vəsait ali təhsil müəssisələrinin inkişafını kifayət qədər təmin etmir. Burada əsas diqqət müəllimlərin əmək haqqı və tələbələrin təqaüdünə verilir. Buna görə məbləğin artırılması daha məqsəd uyğundur. Təhsil haqlarının bütün ixtisaslar üzrə artırılmasına tələbat var. Ali təhsil müəssisələrində təhsil haqlarını təhsil, maliyyə və iqtisadi inkişaf nazirlikləri birgə müəyyənləşdirir. Gələcəkdə dövlət sifarişi ilə təhsil alan fakultələrdə təhsil haqları artırılmalıdır. Yoxsa belə getsə, ali məktəblər bir o qədər də inkişaf etməyəcək. Dövlət sifarişli yerlər üçün dövlət tərəfindən ayrılan ayrı-ayrı ixtisaslar üzrə təhsil haqları artırılmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə