Nazir Avropa İttifaqının nümayəndəsin qəbul edib

Nazir Avropa İttifaqının nümayəndəsin qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Təhsil, audiovizual və mədəniyyət məsələləri üzrə İcraçı Agentliyinin Tempus üzrə sektor müdiri cənab Klaus Haupt ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ali məktəblərinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təhsil proqramlarında iştirakı və yeni Erasmus+ proqramı çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə