Şəmsəddin Hacıyev: \"Qanun elmlə təhsilin inteqrasiyasına tam cavab verir\" - AÇIQLAMA

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Məzun 2012" əmək yarmarkasında jurnalistlərə açıqlama verən Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev "Elm haqqında" qanun layihəsi haqqında danışıb. SİA-nın məlumatına görə, Ş.Hacıyev qanun layihəsinin Milli Məclisin yaz sessiyasının növbədənkənar ikinci iclasında müzakirə oluna biləcəyini qeyd edib.

Bundan əlavə, universitetlərin bu qanundan irəli gələn öhdəlikləri barədə də danışan komitə sədri universitetlərin potensialından az istifadə olunduğunu vurğulayıb: "Universitet elmini universitetin fəaliyyətində aparıcı müstəviyə çıxarmaq üçün uyğun gələn qanun hazırlamışıq. Bu gün universitetlərdə elmi potensial baxımından elmi dərəcəsi olan alimlərin demək olar ki, əksəriyyəti universitetlərdə çalışır. Böyük potensial olmağına baxmayaraq təəssüf olsun ki, bu potensialdan çox az istifadə etmişik. Ona görə ki, universitetlərimizin əsas fəaliyyəti tədris olub. Bu gün dünyada tədqiqatçı universitetlər reytinq cədvəlində ilk onluqda yer alıb, elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitetlərin üstünə düşür. Qanun elmlə təhsilin, sahibkarlığın, iqtisadiyyatın inteqrasiyasına tam cavab verir. Yeni qanunda elmi fəaliyyətlə məşğul olan kadrların həvəsləndirilməsi üçün onlara müəyyən güzəştlərin və imtiyazların verilməsi ilə əlaqədar konkret maddələr göstərilir".


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...