Məleykə Abbaszadə: \"Ali məktəblərə ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək\"

Məleykə Abbaszadə: \"Ali məktəblərə ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək\"
\"Ali məktəblərə ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək\". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.Onun sözlərinə görə, aprel ayında ikisi əsas, ikisi təkrar olmaqla 4 sınaq imtahanı keçiriləcək. Əsas sınaq imtahanları aprelin 8-i və 22-də, təkrar sınaq imtahanları isə aprelin 15-i və 29-da olacaq. Mayın 6-sı əsas sınaq imtahanı olacaq. Mayın 20-də keçirilən təkrar sınaq imtahanı isə Bakıda deyil, yalnız regionlarda təşkil ediləcək. İyunun 3-ü və 10-da əsas sınaq imtahanları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə