Ərizələr müvafiq komissiyalar tərəfindən ekspertizadan keçirildikdən sonra qəbul imtahanlarına 460 nəfər buraxılıb. Onlardan 317-si oktyabr-noyabr aylarında keçirilən imtahanlarda uğurla başa çatdırıb. Həmin şəxslərin 123 nəfəri ən yüksək nəticə olan 15 bal, 83 nəfəri isə 14 bal toplayıb. AMEA-nın elmi müəssisələrinin Elmi şuralarında ilkin müzakirələrdən sonra plandan əlavə 97 nəfərin kənarda qaldığı məlum olub. Onlardan 56 nəfəri 15 və 14 bal, 21 nəfəri 13 bal, digərləri isə aşağı bal toplayanlardır. AMEA 2011-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə əlavə 50 plan yerinin ayrılması barədə NK-ya müraciət etməyə hazırlaşır. Buna səbəb hazırda müəyyən prioritet sahələr üzrə elmi inkişaf etdirmək və həmin sahələr üzrə yüksək səviyyəli kadrlar hazırlamaq, eyni zamanda, son iki 2 ildə yüksək səviyyəli kadr hazırlığı sahəsində fasilənin yaranmasıdı.
Qeyd edək ki, bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə keçirilib. AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 plan yerinə 478 nəfər sənəd verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB