ADU-da 3 beynəlxalq tədbir bir arada…

ADU-da 3 beynəlxalq tədbir bir arada…

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi, Norveçin Oslo Universitetinin 200 illiyi və məhşur norveç səyyahı, yazıçısı və alimi Tur Xeyerdalın Azərbaycana ilk səfərinin 30 illiyi münasibəti ilə "Tur Xeyerdal və Azərbaycan" mövzusunda elmi-praktik konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, ADU və Oslo Universitetinin təşkilatçılığı ilə oktyabrın 29-dək davam edəcək konfransda Tur Xeyerdalın Azərbaycan və region haqqındakı nəzəriyyələri və bunların tarixi və nəzəri cəhətdən dəyərinin müzakirəsi, onun Azərbaycana səfərləri və alimin iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında vacib rolundan bəhs olunacaq. Bununla yanaşı, Tor Heyerdal təqdimatla çıxış edəcək, Tur Heyerdalın "Odin nəzəriyyəsi tarixçəsi", "Odin nəzəriyyəsi"- Arxeoloji sübut, "Heyerdalın müxtəlif aspektlərdən tədqiq edilən işi" və "Odin nəzəriyyəsi"- Metodologiya və müxtəlif yanaşmalar mövzularında müzakirələr aparılacaq, məruzələr oxunacaq.

Plenar iclasda ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Oslo Universitetini kafedra müdiri Bente Kristensen açılış nitqi ilə çıxış edəcəklər. Təhsil naziri Misir Mərdanovun və Norveçin Azərbaycandakı səfiri Erlinq Skjonsberqin təbrik nitqləri dinləniləcək. Bundan əlavə, iclasda Tur Heyerdalın oğlu Tor Heyerdal, Oslo Kon-Tiki muzeyinin direktoru Maya Bəuge, "Statoil" şirkətinin Azərbaycan üzrə meneceri Lars Troen Sorensen, eləcə də ABŞ-dan, Böyük Britaniyadan, Norveçdən, Fransadan, Gürcüstandan, Rusiyadan da qonaqlar iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə