Səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə səfər edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə səfər edəcək

Sentyabrın 12-15 tarixlərində Bakıdakeçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ikitərəfli görüşlər keçirib. SİA-nın xəbərinə görə, Türkiyə Cümhuriyyətinin səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Səmimi və dostluq şəraitində keçən görüşdə bir çox məsələlərə toxunulub.

Nazir O.Şirəliyev Türkiyə səhiyyə sektorunda görülən coxşaxəli işlərdən, əldə olunan nailiyyətlərdən, dost ölkəsində səhiyyə təşkilatçılığı baxımından uğurlu layihələrə imza atmalarından bəhs edib. Rəcəb bəyin Azərbaycan səhiyyəsinə xüsusi önəm verdiyini deyən səhiyyə naziri Oqtay Şirəliyev kadr hazırlığı, Türkiyənin tanınmış universitetlərində keçirilən uzmanlıq kurslarından, ölkəmizdə tibb elminin inkişafı baxımından Azərbaycan səhiyyəsinə böyük dəstək olduğuna görə Rəcəb Akdağa təşəkkürünü bildirib.

Görüş əsnasında türkiyəli nazir ölkəsində son illər ərzində əldə etdikləri nailiyyətlərdən danışaraq bu təcrübənin Azərbaycanla paylaşmanın tərəfdaşı olduğunu söyləyib. Bunun üçün azərbaycanlı müdavimlərə istər Bakıda, istərsə də Türkiyədə master-klassların keçirilməsini təklif edib. Nazir son illər ərzində Türkiyə səhiyyəsinə Avropa ölkələrinin də diqqətinin artığını, bu ölkələrdən müalicə almaq üçün Türkiyə üz tutan xəstələrinin sayının artması faktını qeyd edib.

Son 5 il ərzində Azərbaycan səhiyyəsində də böyük uğurların əldə olunduğunu bildirən R.Akdağ ölkə başçısının bu sahəyə verdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Görüşdə bir çox məsələlər müzakirə olunub. Türkiyədə özəl sektorun inkişafı, yoluxucu xəstəliklərlə mübarizə planın tətbiqi, xəstəxanalarda qurulmuş iş prinsipi və Türkiyədə 2016-cı ilə kimi səhiyyə sahəsində nəzərdə tutulmuş planlarla bölüşən Rəcəb Akdağ sıx əməkdaşlıq edən qardaş ölkələrin münasibətlərini bir az da yeniləmək, daha da genişləndirmək təklifini irəli sürüb.

Sonda Rəcəb Akdağ səhiyyə naziri Oqtay Şirəliyevi Türkiyəyə doğma diyarı olan və hər baxımdan Azərbaycana çox bənzəyən Ərzuruma dəvət edib və təklif O.Şirəliyev tərəfindən səmimiliklə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə