"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"na məxsus gəmi hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məxsus "Şəfəq" neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisini hərraca çıxaracaq.
SİA Xidmətə istinadən xəbər verir ki, gəminin start qiyməti 70 000 manat olacaq.
Bunun 10%-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB