London ICE birjasının ticarət məlumatlarına görə, bu gün “Brent” markalı neftin yanvar fyuçersləri avqustun 30-dan bəri ilk dəfə olaraq bir barel üçün 99 dolları ötüb. SİA bu barədə rus saytlarına istinad edir.
Moskva vaxtı ilə saat 18:33-də “Brent” markalı neftin qiyməti 0,53 faiz artaraq 99,09 dollar/barelə çatıb. Moskva vaxtı ilə saat 18:35-də o, 0,31 faizə qədər yavaşlayıb, bir barel üçün 98,88 dollara düşüb.
WTI markalı yüngül neftin dekabr fyuçersləri 0,29 faiz bahalaşaraq 92,87 dollar/barelə qədər yüksəlib.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB