Cəlilabadda cari ilin yanvar-sentyabr aylarında pandemiyanın təsirlərinin azalması ilə əlaqədar əmtəə dövriyyəsində artım müşahidə edilib. Cəlilabad Rayon Statistika İdarəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, pərakəndə əmtəə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,4 faiz artaraq 441691,1 min manat təşkil edib.
Hesabat dövründə topdansatış əmtəə dövriyyəsi 12738,0 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,3 faiz artım deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB