Dövlət Neft Fondunun və Azərbaycan Mərkəzi Bankının birgə təşkilatçılığı ilə mətbuat nümayəndələri üçün "İcmal büdcənin formalaşmasında ARDNF-nin rolu”, ”Qlobal iqtisadi trendlər və ARDNF-nin investisiya fəaliyyəti" və “Uçot dərəcəsi qərarının iqtisadiyyata təsirləri” mövzularında təlim keçirilib.
Təlim iştirakçılarına ölkədə icmal büdcənin formalaşmasında ARDNF-nin rolu, mövcud qlobal iqtisadi münasibətlər şəraitində ARDNF-nin investisiya fəaliyyətinin xüsusiyyətləri, həmçinin Mərkəzi Bankın pul siyasətinin mahiyyəti və alətləri, uçot dərəcəsinin əsas pul siyasəti aləti kimi rolu və əhəmiyyəti, uçot dərəcəsilə bağlı siyasət qərarlarının maliyyə, o cümlədən pul bazarına təsiri, pul siyasətinin transmissiya mexanizmi barədə ətraflı məlumat verilmiş, mövzularla bağlı təhlili materiallar təqdim olunub. Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB