Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 91,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3 dollar/barel azdır.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 89,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 88,24 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,21 dollar/barel azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə