BP Zirə Eko Parkda açılışı olan “Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” adlı beynəlxalq konfransın sponsorlarından biri olub. Şirkətdən SİA-ya bildirilib ki, tədbirin məqsədi Azərbaycanda və dünyada ekoloji tarazlığın qorunmasında iştirak edən qurumları bir araya gətirərək yaşıl iqtisadiyyat sahəsində əldə olunan elmi nəticələrin müzakirəsini təşkil etməkdir.
BP 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır emissiyalı” şirkətə çevrilmək və dünyanın da “xalis sıfıra” çatmasına yardım etmək məqsədi daşıyan hədəflərinə uyğun olan bu tədbirə dəstək verməkdən çox məmnun olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB