"İnflyasiya dünyada sürətlə genişlənir" - İQTİSADÇI ŞƏRH ETDİ
"İnflyasiya dünyada sürətlə genişlənir, artır. Azərbaycanda idxaldan asılılığın yuxarı olması inflyasiyanı sürətləndirən 2-ci faktordur". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, digər faktor isə yerli istehsalın məhdudluğudur: "Eyni zamanda, süni qiymət artımlarına imkan verən şəraitin var olması nəticədə qiymətləri artırır.
Son 20 ilin inflyasiya göstəricilərini ərzaq məhsulları üzrə təhlil etsək görərik ki, ən böyük inflyasiyaya məruz qalan əmtəə ərzaq məhsullarıdır. Ərzaq məhsulları arasında isə duru yağlardır. Bu məhsulların daha çox inflyasiyaya məruz qaldığını müşahidə etmişik. Məsələn, biz inflyasiyanı 13 faiz qiymətləndiririksə, bu artım duru yağlarda tamamilə başqadır. Yəni 80-90 faiz qiymət artımları müşahidə olunur. Bunun səbəbi odur ki, inflyasiya göstəriciləri 500-dən çox məhsulun ortaq göstəriciləri əsasında hesablanır. Bu 500 məhsulun isə ən az 100-nün qiyməti heç dəyişmir, ya da çox cüzi şəkildə dəyişir. Bunları toplayıb ortaq məxrəcə böldükdə isə 13 rəqəmi alınır. Ona görə də marketlərdə məhsulların qiymətini daha yüksək götürürük, amma orta-illik statistikanı isə aşağı görürük. Biz daha çox inflyasiyaya məruz qalan ərzaq məhsullarından istifadə edirik. Amma adını belə bilmədiyimiz məhsullar siyahıda olduğu üçün orta statistika aşağı olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB