"Eskalatorlara qulluq, baxış daim həyata keçirilir" - QURUM RƏSMİSİ AÇIQLADI
Bakı Metropoliteni" QSC-nin "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini basaraq eskalatoru saxlayıb.
SİA-nın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metripolitenin qaydalarına uyğun olaraq dərhal eskalatora baxış keçirilib və sərnişinlər vizual nəzarətə götürülüb: "Onların eskalatoru tərk etməsi üçün müvafiq şərait yaradılıb. Mütləq qaydada eskalator davamlı və daimi nəzarətdədir. Ümumiyyətlə, hadisə nəticəsində xəsarət alan sərnişin olmayıb. Texniki araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hadisə texniki nasazlıq və ya başqa bir səbəbdən baş verməyib. Sadəcə olaraq, sərnişinlərdən birinin təhlükəsizlik düyməsini sıxması nəticəsində baş verib.
Bu təhlükəsizlik düyməsi metropoliten eskalatorları üçün çox vacib qurğudur. Çünki eskalator hərəkətdə olarkən hər hası bir sərnişinin halı pisləşərsə və ya hər hansı bir problem baş verərsə metropiliten işçisi avtomatik olaraq həmin düymədən istifadə edərək eskalatoru dayandırır. Ekskalatorlara vizual nəzarət tam təmin olunub. Əlavə olaraq digər nəzarət mexanizmləri də tətbiq olunub.
Eskalatorlara qulluq, baxış daim həyata keçirilir. Bu gün Bakı Metropolitenində 115 eskalator var, onların 85 faizi dünya texnologiyalarının ən son modelidir. Digərlərinin isə hələ istismar müddəti tam başa çatmayıb. Qaydalara uyğun olaraq istismar müddəti başa vurulduqdan sonra yeniləri ilə əvəzlənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə