"Bakı Metropoliteni" QSC-nin "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini basaraq eskalatoru saxlayıb. Bu fikirləri SİA-ya qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, dərhal eskalatora texniki baxış keçirilib, hər hansı texniki nasazlıq aşkar edilməyib.

"Eyni zamanda, sərnişinlərdən xəsarət və yaxud hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb", - deyə B. Məmmədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə