Neftin qiyməti niyə tez-tez dəyişir? - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ
"Neftin qiymətinə təsir göstərən amillər çoxdur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, əsas amillərdən biri neftə olan tələb və təklifə görə qiymətin dəyişməsidir: "Dünya siyasəti və iqtisadiyyatı stabil deyil, neftin təklifi və ona olan tələb də stabil olmayacaq və nəticədə qiymət dalğalanacaq. Dünyada əhəmiyyətli ölkələr Çin, Amerika, Avropa kimi ölkələr öz iqtisadiyyatı haqqında məlumatlar yaydıqca neftin qiyməti dəyişir. Proqnozlar verilir ki, iqtisadiyyat böyüyəcək. Beləliklə, neftin qiyməti bahalaşır. Çünki böyüyən iqtisadiyyatda neftə daha çox tələb olunur. Təklif amilin⁹də isə neft hasilatçıları müxtəlif məlumatları yayır. Neftə olan tələbatın dəyişməsinə dair məlumatlara görə qiymətlər oynuyur. Burada siyasi -hərbi məsələlər də rol oynuyur. Neftin qiyməti dollarla olduğu üçün dolların bahalaşması nefti uçuzlaşdırır. Dünya iqtisadiyyatının böhrana gedib- getməməsi də neftin qiymətində rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB