"İnvestisiya qoyuluşunda güzəştlər olunacaq" - İQTİSADÇI-EKSPERT BİLDİRDİ
“İşğaldan azad olunan ərazilərimizə investisiyanın cəlb edilməsi prioritet məsələlərdəndir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspert qeyd edib ki, artıq həm yerli, həm də xarici investisiyaların cəlb edilməsi ilə bağlı işlər həyata keçirilir: “2023-cü ildən etibarən isə Qarabağda və Şərqi Zəngəzurda investisiya qoyuluşlarında kifayət qədər böyük güzəşlərin tətbiq ediləcəyi gözlənilir. Bu güzəşlər vergi və bir sıra subsidiyaların tətbiq edilməsində özünü göstərəcək. Bu baxımdan daha çox investisiyaların cəlb edilməsi ilə bağlı sistemli işlər gedir və gözlənilir ki, bu istiqamətdə atılan addımlar həm yerli, həm xarici sərmayənin cəlbinə imkan yaradacaq. Artıq bir sıra ölkələr azad olunmuş ərazilərimizdə investisiyaların qoyuluşunda maraqlı olduğunu bildirirlər. Avropa İttifaqına üzv olan ölkələr, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrdən investisiya qoyuluşları ilə bağlı müraicətlər var. Bütün bunlar təbii olaraq xarici sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Həmçinin bütün bunlar işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın inkişafına səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB