İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb

İdxal və ixrac olunan məhsulların qiymət indeksləri açıqlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir: Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci ilin iyul ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 101,1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,6 faiz, 2022-ci ilin yanvar-iyul aylarında 2021-ci ilin eyni dövrünə nisbətən isə 121,8 faiz təşkil edib. Avqust ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 628,78 manat olub. 2022-ci ilin iyul ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 96,6 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 176,1 faiz, yanvar-iyul aylarında ötən ilin eyni dövrünə nisbətən isə 178,5 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə