Bu arada ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyaya qarşı sanksiyalar səbəbindən neftin qiymətinin artacağını istisna etməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Beləliklə, siyasətçinin fikrincə, anti-Rusiya sanksiyalarının yaxınlaşması ilə əlaqədar dünya bazarlarında Rusiya neftinin satışını məhdudlaşdırmaq cəhdləri qarşıdakı qışda onun maya dəyərinin artmasına səbəb ola bilər ki, bu da Amerikada benzinin qiymətinin yeni bahalaşmasına səbəb olacaq.
“...Risk var və onu bərabərləşdirmək üçün biz qiymət tavanı üzərində işləyirik”, - Maliyyə Nazirliyinin rəhbəri bildirib.
Yellen xatırladıb ki, qışın gəlməsi ilə Avropa İttifaqı Rusiya neftinin böyük hissəsini almağı dayandırır və onun dəniz yolu ilə daşınması ilə bağlı xidmətlərin göstərilməsinə qadağa qoyur.
Xəbərdarlıqlar isə gəlməkdədir. Məsələn, Rumıniya prezidenti Klaus İohannis Avropa ölkələrinin ən böyük humanitar böhranlardan birini yaşayacağını bildirib.
Qeyd edilməlidir ki, bu artıq fakt olaraq özünü göstərir. Belə ki, Avropadakı vəziyyət Birləşmiş Ştatlarda inflyasiya və işsizliyin artmasına, əhalinin isə yoxsullaşmasına səbəb olmaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB