Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq edib

Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı (AMB) kart sahiblərinə xəbərdarlıq edib.
AMB-dən SİA-ya bildirilib ki, sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən vatsap platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb. Lakin yayılan məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqqında məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə