Xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?

Xərclər hansı hallarda gəlirdən çıxılan xərclərə aid edilir?

Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergiödəyicisinin vəzifələrinə aid edilib. SİA Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisi tərəfindən faktiki olaraq çəkilmiş xərclər isə bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edilir.

Belə ki, Vergi Məcəlləsinə əsasən, alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30 faizdən yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi və malgöndərəni müəyyənləşdirmək mümkün olmadığı hallarda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır.

Bundan başqa, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada sənədləşdirilmədən alınmış malların alışına çəkilmiş xərclərin 10 faizi miqdarında vergiödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə