Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 20 min ABŞ dollarından aşağı düşüb. SİA xəbər verir ki, kriptovalyuta son 24saat ərzində 0,92 % ucuzlaşaraq 19,953 minABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 381 milyard ABŞ dolları kimi azalıb.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,45 % azalaraq 1,567 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Solana”dır.
Kriptovalyuta bazarının toplam dəyəri 979 milyard ABŞ dollarına düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB