Qazın qiymətinin qalxması ölkəyə necə təsir edəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Qazın qiymətinin qalxması ölkəyə necə təsir edəcək? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Qazın qiymətinin qalxması Azərbaycan üçün birbaşa olaraq müsbət bir haldır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, hətta ötən 6 ayın statistikasına baxdıqda görürük ki, Azərbaycan neft və neft dollarları olmasa da, ancaq bir az ondan az sürətdə qaz qiymətlərinin yüksək olmasından gəlir əldə edib: “Bu, birbaşa neft fonduna gələn və ölkəyə daxil olan vəsaitlərin çoxalması deməkdir. Təbii ki, bu da dövlətin, xalqın və ölkənin varlanmasına səbəb olur. Lakin dünya iqtisadiyyatı və Azərbaycan üçün yaxşı deyil. Çünki qazın və əmtəələrin qiymətinin qalxması sonda inflyasiyanı artırır. Hansı ki, biz indi inflyasiyadan əziyyət çəkirik. Bu inflyasiya enerji resuslarının artmasına səbəb olur. Lakin ümumi şəkildə birbaşa xeyri var”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə