Ərzaq qiymətlərinin artmasının səbəbləri nələrdir? - İQTİSADÇI AÇIQLADI
"Ərzaq qiymətlərinin qalxması benzinin qiymətinin artması ilə bağlı deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Onun sözlərinə görə, ərzağın qiyməti uzun müddətdir ki, bahalaşmaya doğru davam edir. Yəni bu benzinlə əlaqədar olan bir məsələ deyil. Ərzaq qiymətlərinin bahalaşmasının səbəbləri tam fərqlidir. Keçən il dizel markalı benzinin qiyməti artırıldı. Bu səbəbdən yükdaşımalarda əsasən böyük həcmdə dizel yanacağından, az həcmdə isə Aİ-92 markalı benzindən istifadə edilir. Buna görə də düşünürəm ki, ərzaq qiymətlərinin bahalaşması ilə bunun heç bir əlaqəsi yoxdur. Ərzağın bahalaşmasının yerli və qlobal faktorları var”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB