Baha qiymətə alıb, ucuz qiymətə satarsa nə baş verər? - İQTİSADÇI AÇIQLADI

Baha qiymətə alıb, ucuz qiymətə satarsa nə baş verər? - İQTİSADÇI AÇIQLADI

“Azərbaycan Aİ-95 və Aİ-98 benzinlərini xaricdən idxal edir və bu uzun zamandır belə davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, hətta ilin əvvəlindən yeni tikilən "Neftayırma" zavodunda təmir bərpa işləri ilə əlaqədar olaraq Aİ-92 markalı benzini də xaricdən idxal etməyə başlayıb: “Aİ-95 və Aİ-98 premium markalı benzinlər mətbuata verilən açıqlamalara görə, Ruminyadan idxal olunur. Bu da alındıqdan sonra yerli istehlakçılara satılır. Təbii ki, dövlət bu benzinləri xaricdən baha qiymətə alırsa bunu ucuz qiymətə satmaq doğru olmaz. Bu ilin ilk 6 ayında neft qiymətləri ortalama 100 dolların üzərində olub. Bu da neft bazarı üçün yüksək qiymətlərdir. Baha qiymətə alıb, ucuz qiymətə istifadəçilərə satarsa nə baş verər?

Dövlət büdcə resurslarını Aİ-95 və Aİ-98 markalı benzin işlədənlər üçün ayırır, bu da ümumi şəkildə doğru yanaşma mexanizmi deyil. Çünki nəzərə alaq ki, benzin istehlakçıları bunu öz şəxsi istehlakı üçün edirlər. Alış qiymətlərində bahalaşma varsa təbii ki, bu da məhsulun qiymətlərinə təsir edəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə