Rusiya bölgələrini çətin günlər gözləyir...

Rusiya bölgələrini çətin günlər gözləyir...

Rusiyanın Maliyyə Nazirliyi yaxın iki ildə regionların büdcəsində kəsir gözlənildiyini bəyan edib. Bu, növbəti üç il üçün büdcə, vergi və gömrük-tarif siyasətinin əsas istiqamətlərinin layihəsindən irəli gəlir.

“Maliyyə Nazirliyi regionların icmal büdcələrinin 2022-ci ildə 163 milyard rubl profisitlə, 2023-2024-cü illərdə isə müvafiq olaraq 132,5 milyard rubl və 78,1 milyard rubl kəsirlə icrasını gözləyir”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə materialı “Vedomosti" dərc edib.

Rusiya İqtisadiyyat Universitetinin Korporativ İdarəetmə və İnnovasiyalar kafedrasının dosenti Maksim Maksimovun sözlərinə görə, növbəti iki ildə büdcə kəsiri "regional inkişaf proqramları da daxil olmaqla artan xərclər" hesabına olacaq.

Bununla belə, artıq 2025-ci il üçün nazirlik 6,8 milyard rubl səviyyəsində kiçik bir profisit planlaşdırır. Regionlara federal səviyyədə dəstək vermək üçün onlara mövcud vəziyyətə tez reaksiya vermək və iqtisadiyyatı dəstəkləmək üçün işlər görməyə imkan verəcək bir sıra tədbirlər görüləcək.

Bunu isə Rusiya Maliyyə Nazirliyinin nümayəndəsi xatırladıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Maliyyə Nazirliyi ayrı-ayrı bölmələri olan şirkətlər üçün gəlir vergisinin regionlar üzrə yeni bölgüsünü təklif etmişdi. İdarə əmək haqqı fondunun hesablama düsturundan çıxarılmasını təklif edib. Bildirilir ki, tədbirdən istehsalın yerləşdiyi və əmək haqqının aşağı olduğu bölgələr faydalana bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə