Baş direktor əməkdaşlara təşəkkür etdi - FOTOLAR

SOCAR “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev Birliyin Naftalan şəhəri üzrə qaz xidmət sahəsinin əməkdaşı Samir Hüseynov ilə xidməti işini yerinə yetirərkən görüşüb. SİA xəbər verir ki, "Azəriqaz" İB-in Baş direktoru işindəki nəticələrə və bu nəticəni şərtləndirən nümunəvi fəaliyyətinə görə Birlik əməkdaşına təşəkkür edib və onun əməyini xüsusi hədiyyə ilə qiymətləndirib. Baş direktor bir daha tövsiyə edib ki, Birliyin bütün fəaliyyət sferasında əsas amil abonent məmnunluğu olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə